Novruz Məmmədov vitse-prezidentin oğluna vəzifə verdi - FOTO


nazirlər kabinetinin aparatında yeni təyinat
olub.

unikal.org-un məlumatına görə, baş nazirin katibliyinin
rəisi təyin edilib.

baş nazirin katibliyinin rəisi
vəzifəsinə Ərəstü həbibbəyli təyin olunub.

qeyd edək ki,
Ərəstü həbibbəyli 1980-cı ildə naxçıvan şəhərində anadan olub.
naxçıvan şəhərində 12 saylı orta məktəbi bitirdikdən sonra
1997-2001-cü illərdə bakı dövlət universitetinin beynəlxalq hüquq
və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2001-2003-cü
illərdə isə magistr pillələrində təhsilini davam etdirib.
2003-2006-cı illərdə azərbaycan milli elmlər akademiyasının
İqtisadiyyat İnstitutunda beynəlxalq iqtisadi münasibətlər üzrə
aspiranturada təhsil alıb. 2006-cı ildə "azərbaycan respublikasının
böyük britaniya və Şimali İrlandiya birləşmiş krallığı ilə
iqtisadi əlaqələri” mövzusunda namizədlik dissertasiyası müdafiə
edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.
2002-2007-ci illərdə İqtisadi İnkişaf nazirliyində işləyib. 2007-ci
ildən azərbaycan respublikası prezidenti administrasiyasının xarici
əlaqələr şöbəsində işləyib, 2015-ci ildən xarici siyasət
məsələləri şöbəsinin müdir müavini olub.

Ərəstü
həbibbəyli azərbaycan milli elmlər akademiyasının vitse-prezidenti
İsa həbibbəylinin oğludur.


Müellif: Ramin Muğalov

Yerleşdirildi: 1 heft. önce

Bölme: Ordan Burdan

Marağınızda ola bilər

Tag Clouds
Sponsorlu

Reklam yeri boşdur!!