"İstək" liseyinin şagirdləri köçürülür


təsisçisinin 5 iyul 2018-ci il tarixli qərarı ilə
fəaliyyəti dayandırılan "İstək" liseyinin şagirdlərinin ölkənin
digər ümumi təhsil müəssisələrində yerləşdirilməsi prosesinə
təhsil nazirliyində yaradılmış İşçi qrup tərəfindən start
verilib.

təhsil nazirliyindən trend-ə verilən məlumata
görə, 9 iyul tarixindən etibarən şagirdlərin valideynlərinin bakı
şəhərində akademik zərifə Əliyeva adına lisey, bölgələrdə isə
liseyin yerləşdiyi şəhər və rayonların (sumqayıt, gəncə,
mingəçevir, lənkəran, Şirvan, quba, ağdaş və Şəki) təhsil
şöbələrinə yaxınlaşaraq övladlarının sənədlərini təhvil
alması və övladlarını seçimlərinə əsasən digər məktəblərdə
yerləşdirmələri üçün şərait yaradılıb. artıq "İstək"
liseyinin 300-ə yaxın şagirdinin yerləşdirilməsi ilə bağlı
prosedurlar həyata keçirilib.

digər valideynlər əmin ola
bilər ki, təhsil nazirliyi bütün şagirdlərin digər məktəblərdə
təhsil alması üçün lazımi şəraiti yaradacaq. valideynlər
övladlarının digər məktəblərdə yerləşdirilməsi ilə bağlı
çətinlikləri olduğu təqdirdə birbaşa olaraq təhsil nazirliyi ilə
(0125991155, daxili nömrə 5263) əlaqə saxlaya bilərlər.


Müellif: Ramin Muğalov

Yerleşdirildi: 1 heft. önce

Bölme: Ordan Burdan

Marağınızda ola bilər

Tag Clouds
Sponsorlu

Reklam yeri boşdur!!