ATV-nin efirində aparıcıdan BİABIRÇI SƏHV - VİDEO

azad azərbaycan televiziyasının (atv) nin efirində yayımlanan
“oralar” verilişinin ilk buraxılışında osmanlı tarixi ilə
bağlı yol verilən yanlışlıq ciddi narazılığa səbəb olub.
verilişin əsas aparıcısı azər qərib ilk səfərini xorvatiyanın
paytaxtı zaqreb şəhərinə edib. zaqrebin tarixi abidələri haqqında
məlumat verərkən şəhərin mərkəzində yerləşən “lotur Şərq”
qülləsinin tarixindən də söhbət açır. bu zaman aparıcı bildirib
ki, “osmanlı hökmdarı sultan süleyman zaqreb şəhərini
mühasirəyə alarkən burda yemək yediyi vaxta atılan top onun
masasının üstünə düşüb.bundan sonra sultan süleyman qoşunlarını
götürüb və geri dönüb .

məhz belə bir faktın osmanlı
tarixində olmaması, eyni zamanda osmanlı sultanını belə cılız
faktla aşağılaması, aparıcının öz təxəyyülünün məhsulu olan
uydurma məsələni verilişdə dilə gətirməsi türkiyə tərəfində
də ciddi narazılıq yaradıb. hazırda ölkəmizdə yaşayan türk
vətəndaşları qardaş ölkənin televiziya izləyicisinə belə yanlış
məlumatın çatdırılmasından təəssüf hissi keçirdiklərini
vurğulayıblar.

həmçinin azərbaycanda fəaliyyət göstərən
bir sıra qht-lər, tarixçilər, millət vəkilləri osmanlı dönəminin
araşdırmaçıları da məsələdən xəbər tutub və bu biabırçı
səhvi pisləyiblər.

onlar bir yerə yığışaraq verilişdə
yol verilən kobud səhvlə bağlı verilişin bağlanması üçün imza
toplama kampaniyasını həyata keçirməyə başlayıblar. eyni zamanda
məsələ ilə bağlı şikayət məktubu hazırlayaraq “atv”
kanalının rəhbərliyinə göndəriblər.

bu arada qeyd edək
ki, orta əsrlər türk tarixi tədqiqatçısı Əkbər nəcəf də
aparıcının yol verdiyi yanlışlığa tarixi faktlarla cavab verib. o
qeyd edib ki, televiziya kanallarının birində yayımlanan
turistik-səyahət xarakterli bir verilişdə guya osmanlı hökmdarı
sultan süleymanın zaqreb səfəri əsnasında qaladan atılan bir top
“sultan süleymanın yemək yediyi vaxt onun masasına düşmüş və bu
hadisə sultanın ordusunu toplayıb bölgədən ayrılmasına səbəb
olmuşdur” şəklində səsləndirilən məlumat tamamilə uydurmadan
ibarətdir: “bu, heç bir tarixi və elmi əsası olmayan fikir nəinki
doğrudur, ümumiyyətlə səsləndirilən məlumatda yer alan fikirlər
belə elmi obyektviliyə tamamilə ziddir.

birincisi, verilişin
aparıcısı bilməlidir ki, sultan süleyman daxil osmanlılarda
yeməklər masada yeyilmirdi. Ümumiyyətlə, yemək məqsədi ilə
osmanlı sarayında masa mədəniyyəti qanuni sultan süleymandan çox
sonrakı dövrlərdə baş verib.

İkincisi, heç bir hökmdar
özünün ordugahını və xüsusilə də padişah çadırını düşmən
ordularının atış mənzili içində qurmurdu. ordugah və padişah
çadırının yerinin seçilməsi ciddi hərbi və strateji hadisə olub,
hələ hərbi səfərlər başlamadan əvvəl aparılan geniş hazırlıq
planları nəticəsində müəyyənləşdirilirdi.

Üçüncüsü,
həmin dövrlərdə müharibələrdə istifadə edilən toplar partlayıcı
xüsusiyyətləri daşımayıb, dağıdıcı funksiyasını icra
edirdilər. Əgər verilişdə iddia edildiyi kimi padşahın masasına bir
top qülləsi düşmüşdüsə, o zaman həmin topun düşdüyü yerdə 3-4
metirlik çuxur meydana gətirməsi və ətrafındakıları parçalayıb
dağıtması lazım idi. belə bir hadisə baş versəydi, o zamanı sultan
süleymanın xilas olması ancaq mözücə ola
bilərdi.

dördüncüsü, verilişin aparıcısının iddia etdiyi
tərzdə “həmin tarixdən bu günə qədər bu hadisənin şərəfinə
qaladan gündə bir dəfə top atışının” edilməsi fikri də
həqiqətdən uzaqdır. bilinməlidir ki, həmin dövrlərdə toplardan
ancaq hərbi məqsədlərlə istifadə edilirdi. belə ki, xviii əsrin
sonlarına qədər toplar birdən artıq istifadəyə yararsızdılar.
Çünki, bürünc və dəmirdən tökülən toplar çox vaxt parçalanıb
sıradan çıxırdı. Üstəlik mənzili uzun olan toplardan qorxutmaq
məqsədi ilə sadəcə bir və ya iki dəfə atəş edilirdi. bu da bir
silah kimi topların hələ o dövrdə təkmilləşmədiyini deməyə əsas
verir. Əgər bu hadisənin şərəfinə hər gün zaqreb qalasında top
atışı edilsəydi, bunun üçün həmin tarixdə zaqreblilərin ildə
yüzlərlə top istehsal edilməsinə ehtiyac yaranardı ki, bu da
qeyri-mümkün bir hadisədir.

tarixçinin bildirdiyinə görə,
verlişin aparıcısı bilməlidir ki, ümumiyyətlə, osmanlı tarixində
sultan süleymanın zaqrebə heç bir hərbi səfəri olmayıb: “
osmanlılar, sadəcə, zaqrebin 50 km uzaqlığında yerləşən
“sisak” qalasına qədər hərəkət edərək həmin qalanı ələ
keçiriblər. yəni osmanlıların indiki xorvatiya ərazisindəki
hakimiyət sahəsi sloveniya, dalmaçiya və krajina bölgələrini əhatə
edirdi. zaqreb isə alınan həmin ərazilərin kənarında qalıb.
Üstəlik, həmin topraqlar da əsasən sultan süleymanın vəfatından
sonra telli həsən paşanın rəhbərliyindəki osmanlı orduları
tərəfindən 1593-cü ildə fəth edilib.

məlumat üçün onu da
qeyd edək ki, sultan süleymanın hərbi səfərləri əsnasında “topla
bağlı bir hadisə” osmanlıların sigetvar fəthində meydana gəlmiş
və bu hadisənin də iddia edildiyi kimi sultan süleymanın çadırı və
onun “yemək masası” ilə heç bir əlaqəsi olmayıb. belə ki,
sigetvar sultan süleymanın son hərbi səfəri olub. bu səfər zamanı,
sultan süleyman atından enib çadırına girdiyi sırada uzun mənzilli
bir topdan edilən atəş osmanlı əsgərlərinin üstünə düşmüş və
bir neçə yeniçərinin ölməsinə səbəb olub. buna baxmayaraq sigetvar
qalası osmanlı orduları tərəfindən ələ keçrilib.

nəticə
etibarı ilə, bəzi televiziya kanallarındakı verilişlərdə və
saytlarda yer alan yazılarda bu və buna oxşar mahiyyətlərdə verilən
məlumatları mütləq tarixi hadisələrlə təsdiq etmək son dərəcə
vacibdir. Əks halda, belə informasiyalar yalan və həqiqətdən uzaq
iddiaların ortaya çıxmasına səbəb olur ki, bu da ancaq
tamaşaçılara saxta məlumatların ötürülməsinə yol açır.
Şübhəsiz, tarixdəki bütün hökmdarlar kimi qanuni sultan süleymanın
da tarixi kimliyi və fəaliyyətləri bütün tərəfləri ilə təhlil
edilib, tənqid edilə bilər. bu tarix elminin reallığıdır. ancaq,
tarixdə olmayan və heç bir reallığı əks etdirməyən məlumatları
tarixi şəxsiyyətlərin adına calamaq və bunu tarixi məlumat kimi
dilə gətirmək, elmi əxlaqdan uzaqlaşmaq mənasına
gəlir”.

qeyd edək ki, verilişin videosunda sözügedən
kadrlar 19:36 dəqiqədən başlayaraq, 19:56 qədər davam
edir.
mənbə: bizimyol

Müellif: Ramin Muğalov

Yerleşdirildi: 1 heft. önce

Bölme: Ordan Burdan

Marağınızda ola bilər

Tag Clouds
Sponsorlu

Reklam yeri boşdur!!