Bakıda tanınmış kosmetoloq müştərisini döydü - ''Eşitmişəm ki, arxasında bir kişi dayanır...''


tanınmış kosmetoloq elnarə rzayevanın barəsində cinayət
işi başlanıb. o, öz müştərisini döyərək xəsarət yetirməkdə
ittiham olunur. elnarə rzayevanın müştərisi olmuş şikayətçi
validə firudinova criminal.az saytına bildirib ki, bu il martın
əvvəlində kosmetoloqa müraciət edib, sonda iş polisə qədər
uzanıb:

elnarə rzayeva

''bu il martın əvvəlində
elnarə rzayeva burun kiçilmək üçün endirim kampaniyası keçirirdi.
həmin vaxta qədər onu tanımırdım. qızım instagramda elnarəni
izləyirdi. kampaniyada 3-cü yeri tutduq, 30 faiz endirimlə elnarə
xanıma müraciət etdik. burnumu kiçiltmək istəyirim. 280 manata iynə
vurdu və dedi ki, 20 günə burun kiçiləcək. İynə də dəhşət
ağrılı idi. həmin müddət keçsə də, burunda kiçilmə olmadı,
əksinə burnumun yuxarı hissəsində əyilmə və göyərmə baş verdi.
elnarə ilə əlaqə saxladıq, burnumun kiçilmədiyini dedik, bildirdi
ki, mərkəzə gəlin, sizə sübut edim ki, kiçilib. xəbərdarlıq da
etdi ki, gələrkən səs-küylə gəlməyin. sən demə, bu adam belə
hallarla tez-tez rastlaşırmış. burunumu iynə vurmamışdan qabaq kobud
şəklini çəkmişdi, iynədən sonra isə kənardan çəkib fotoşop
etdi. ordakı işçiləri də çağırıb mənə burnumun kiçildiyinə
inandırmağa çalışdı. və qəflətən bizə dedi ki, çıxın otaqdan.
mən ondan pulu tələb etdim. mənə yaxınlaşaraq əyləşdiyim kresloya
təpiklə vurdu, stolun üzərindəki stəkan-nəlbəkini yerə çırpdı.
yenidən pulu istəyəndə isə yerdəki qırıq şüşələri götürüb
qızımın üstünə atdı. baş verəcək pis hadisənin baş verməməsi
üçün otaqdan çıxıb polisə şikayətə getmək istəyirdim.
dəhlizlə gedərkən gördüm bizi telefonla çəkir. mənə dedi ki, sizi
çəkib youtube-da biabır edəcəyəm. Əlindən telefonu almaq
istəyərkən təpiklə dizimə vurdu, ağrıdan yerə yıxıldım. elnarə
başımın üstündə dayanaraq çəkilişə davam edirdi. qızım onun
əlindən telefonu almaq istəyərkən işçilər də qızımın üstünə
düşdü. düzdür, işçilər vurmadı, sadəcə elə şərait yaratdılar
ki, elnarə yaxşı döysün. qızım da onun saçından tutub özünü
müdafiə etdi. qızımın dırnağı kökündən qopdu. təsəvvür edin,
qızım yerdə döyülür, mən kənarda dayanıb baxıram, ağrıdan qalxa
bilmirəm. bayırdan bir taksi sürücüsü içəri daxil olub qızımı
onlardan aldı''.

v.firidunova deyir ki, hüquq-mühafizə orqanı
əməkdaşları gəldi, polis bölıməsinə aparıldıq: ''102-yə
yığdıq, polislər gəldi. elnarə polisə getmirdi. arxasında kimsə
durur, bilmirəm sevgilisidi kimdi, amma ona arxalanır. sonda elnarəni
məcburi bölməyə apardılar. orada da ağzına gələnləri danışdı.
polis bölməsində elnarə izahat verib ki, güya bizə pulsuz iynə
vurub. halbuki biz 3-cü yer tutmuşduq, bizə 30 faiz endirim edilmişdi.
sonra birinci yerə çıxan qızı bizi tapdı. o da dedi ki, burnumda
keçilmə olmayıb. mən bilsəydim ii, o 280 manata görə dava edir, heç
getməzdim. mənim getməkdə məqsədim burnumun kiçilmədiyini ona
sübut etmək idi. hazırda işimiz nəsimi rayon polis İdarəsinə
göndərilib. ordan-burdan da eşidirəm ki, elnarənin arxasında bir
kişi dayanır. allah onun da bəlasını versin ki, elnarə bizim kimi
adamların başına oyun açır, o da hamını susdurur. allah onun
bəlasın versin''.

''kimsə ondan səhv tapırsa o dəqiqə
yalandan məlumatlar yayır ki, rəqiblərim öyrədib. mən onun
sahəsində işləmirəm, rəqibim də deyil. ekspertə getdik, ayağılmda
yırtıq əmələ gəlmişdi. dedilər təcili əməliyyat olunmalıyam.
bildirilir ki, əməliyat olunmasam gələcəkdə kəsilə bilər. məcbur
qalıb özəl klinikalardan birində əməliyat olundum. bu dəqiqə də
həmin xəsarətlərin fəsadını görürəm. hadisədən bir müddət
spnra qızım sosial şəbəkədə mənim ayaq şəkilimi paylaşaraq
elnarə həkimə aldanmamağı məsləhət gördü. elnarə isə cavab
olaraq mənim şəklimi pis hala salaraq paylaşdı və yazdı ki, bu
qadın qızlarını türkiyəyə satıb. bundan başqa şəklimi
paylaşaraq məni narkoman kimi təqdim edir, güya həbsxanadan
çıxmışam, insanları aldadıram. Şəkilimi də elə hala salıb ki,
baxan adam doğurdan da inanar ki, mən narkomanam. bir sözlə, bu qız
qan-qan edir''.

elnarə rzayeva açıqlamasında bildridi ki,
həmin şəxslər keçirdiyi kampaniyada prosedur udmuşdu. proseduru
edəndən sonra şantaj etməyə başlayıblar, hətta mərkəzdə bəzi
əşyları sındırıblar.

kosmetoloqun sözlərinə görə,
həmin şəxslər polisə şikayət ərizəsi veriblər: ''araşdırma
zamanı pasientlər tərəfindən çəkilmiş video polisə təqdim
olunandan sonra onların şikayətinin şər-böhtan olduğu üzə
çıxdı. hal-hazırda məhkəmə iddiası qaldırıram. 100 min manat
təzminat tələb edəcəm həmin şəxslərdən. hazırda qara siyahımda
3 nəfər var. onlar həm media vasitəsilə, həm də səhifəmdə
məndən üzr istəyəcəklər. Öndə olmaq həmişə çətin olur, mən
də bunlara hazıram. bu vaxta kimi ancaq özümü qorumuşam, bundan sonra
hücum edəcəm. hər kəs bir-bir cəzasını
çəkəcək''.

nəsimi rayon polis İdarəsinin istintaq
şöbəsindən bildirildi ki, e. rzayevanın barəsində cinayət
məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır xəsarət
yetirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq
aparılır.


Müellif: Ramin Muğalov

Yerleşdirildi: 1 heft. önce

Bölme: Ordan Burdan

Marağınızda ola bilər

Tag Clouds
Sponsorlu

Reklam yeri boşdur!!