Bu il Azərbaycanda baş verən yol qəzalarında GÖRÜN NEÇƏ UŞAQ ÖLÜB


yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının
10-dan oktyabrın 10-dək azərbaycan ərazisində "diqqət, uşaqlar" adı
altında təhlükəsizlik aylığı keçiriləcək.

Bakida.net
report.az-a istinadən bildirir ki, bunu bakı Şəhər baş polis
İdarəsinin dövlət yol polisi İdarəsinin bölmə rəisi, polis
polkovniki vaqif Əsədov deyib.

o bildirib ki, ölkədə, o
cümlədən paytaxt ərazisində nəqliyyat vasitələrinin sayının
ilbəil artaması fonunda ümumi yol-nəqliyyat hadisələrinin, eləcə
də qəzalarda ölən və yaralananların sayının azalmasına baxmayaraq,
cari ilin 7 ayı ərzində respublika ərazisində uşaq və
yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat
hadisələrində 26 azyaşlının həlak olması, 122 nəfərin isə
xəsarət alması ciddi narahatlıq doğurur: "diqqət, uşaqlar" adı
altında təhlükəsizlik aylığının keçirilməsinin əsas məqsədi
də uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat
hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki
tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində
şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və
tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dövlət yol
polisinin köməyinin artırılmasıdır".

bölmə rəisi
vurğulayıb ki, daxili İşlər nazirliyinin rəhbərliyinin
göstərişinə əsasən, aylıq ərəfəsində uşaq və yeniyetmələrin
iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili
aparılaraq, onların başvermə səbəblərinin və şəraitlərinin
aradan qaldırılması üzrə konkret profilaktiki tədbirlərin
görülməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə,
habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların
hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması,
hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq
tədbirlər, o cümlədən yol nişanlarının qoyulması,
yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin
çəkilməsi və digər zəruri tədbirlər həyata
keçiriləcək.
qeyd edək ki, sentyabrın 10-dan başlayacaq
təhlükəsizlik aylğı ilə əlaqədar olaraq, bakı Şəhər bpİ
dövlət yol polisi və 46 nömrəli məktəbdənkənar tərbiyə İşi
mərkəzi birgə tədbirlər planı hazırlayıb. plana əsasən uşaqlara
küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin
aşılanması məqsədilə məktəblərdə yol hərəkəti qaydaları
üzrə açıq dərslərin və digər zəruri maarifləndirici aksiyaların
keçirilməsi nəzərdə tutulur.

Müellif: Ramin Muğalov

Yerleşdirildi: 3 heft. önce

Bölme: Ordan Burdan

Marağınızda ola bilər

Tag Clouds
Sponsorlu

Reklam yeri boşdur!!